SON XƏBƏR

Alimdən açıqlama: Çində Covid-19 formasını dəyişib və daha qorxunc olub

İyun 16
13:21 2020
Pekinin "Sinfadi” bazarında aşkarlanan koronavirusun Vuhandakı orijinalından daha çox yoluxucudur.

Qaynarinfo xəbər verir ki, bu sözləri Vuhan Universitetinin virusologiya şöbəsinin professoru Yan Şjantcyu "Huantcyu Şibao”ya açıqlamasında deyib.

"Təkamül prosesində virusun yoluxma dərəcəsi arta və ya zəifləyə bilər",- alim deyib. Ancaq əlavə edib ki, yeni koronavirus daha çox yoluxucudur. 2019-cu ilin dekabrında koronavirusun görünməsindən sonra pandemiyanın ən başında xəstələrin artım faizini müqayisə edə bilərsiniz,- Şjantcyu davam edib və qənaətini dilə gətirib: "Çox az vaxtda Pekində belə bir artımı görə biləcəyik”.

İndi yaydır və havanın temperaturu qışa nisbətən daha yüksəkdir. Buna görə də, koronavirus daha ləng yayılır. Ancaq Pekin sakinlərinə qarşı olan bir amil var – bu amillərin arasında "Sinfadi” bazarı ilə əlaqəsi olanlar daha çoxdur, nəinki Vuhandakı dəniz məhsulları bazarı ilə.

Çin pandemiya ilə mübarizə sahəsində geniş təcrübə qazanıb. Doğrudur, pandemiya ilə mübarizə virusun yeni yoluxması və ştmalarının yaranması ilə xeyli çətinləşir. Bundan əlavə, idxal olunan məhsullar vasitəsilə infeksiyanın ötürülməsi amilini diqqətlə nəzərdən keçirməli və keyfiyyətinə nəzarət etməliyik.

Xatıladaq ki, şənbə günü şəhərin 59 sakinində koronavirus aşkar edildiyi üçün Pekinin "Sinfadi” bazarı bağlanıb, çünki yoluxnaların əksəriyyəti bazarla əlaqəsi olanlardır. Şəhər hakimiyyəti yerli əhalinin testdən keçirilməsinin həcmini artırır. Şəhərdən çıxış qadağan edilib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook