Alimlər Günəş sisteminin ən soyuq peykinə missiya göndərir
Sentyabr 19
08:02
2024
London Universitet Kollecinin britaniyalı alimləri Neptunun ən böyük peyki və Günəş sisteminin səthinin temperaturu ən soyuq (-235°C) obyekti olan Tritonu araşdırmaq üçün missiya planı hazırlayıblar. Layihəyə "Arcanum" adı verilib.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Aeronautical Journal" (AEJO) elmi nəşrində dərc olunub.
Həm planetin, həm də peykin tədqiqi üçün müxtəlif tələbləri nəzərə alaraq, "Arcanum" üç ayrı hissəyə bölünür: orbit, orbital manevr və eniş aparatı.
"Somerville" adlanan orbital hissə Neptun sisteminə elmi platforma çatdıracaq. O, həmçinin eniş bölməsinin rabitə sistemi üçün təkrarlayıcı rolunu oynayacaq. "Somerville" bir neçə kamera, spektrometr, maqnitometr və digər elmi alətlər, həmçinin infraqırmızı teleskop daşıyır. Bu cihaz bizə Neptunu seyr etməyə və Günəş sisteminin kənarındakı nəhəng buz sahəsi olan Kuiper qurşağına baxmağa imkan verəcək.
"Arcanum"un ikinci bloku "Tenzing" adlanır. O, Tritona enməzdən əvvəl eniş aparatını dəqiq yerləşdirmək üçün nəzərdə tutulub.
Lander özü "Bingham" adlanır. O, göyərtəsində Neptunun peykinin torpağını öyrənmək üçün bir neçə kamera, seysmometr, termometr və kütlə spektrometri daşıyır.
Layihənin müəllifləri qeyd ediblər ki, "Arcanum"un Neptuna çatdırılması ağır raket tələb edəcək, çünki kosmik gəminin kütləsi 550 kiloqramı ötüb.
Alimlərin fikrincə, "Arcanum" 2030-cu ildə buraxılışa hazır ola bilər. Bu halda missiya 2045-ci ilə qədər Neptuna çatacaq. Tədqiqatçılar qeyd ediblər ki, onların layihəsi hələ böyük kosmik agentliklər tərəfindən dəstəklənməyib, ona görə də onun həyata keçirilməsinə zəmanət verilmir.