SON XƏBƏR

Alimlər Yerdəki həyatın ən qədim izləri ilə bağlı fərziyyəni təkzib etdi

Avqust 10
02:30 2024
Ottava Universitetinin kanadalı alimləri Yer kürəsində həyatın ən qədim izlərinin 3,9 milyard il yaşı olan çöküntü süxurlarında aşkar edildiyinə dair fərziyyəni təkzib ediblər. Təhlillər göstərir ki, oradakı karbon heç bir orqanizmin iştirakı olmadan meydana çıxıb. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.

Komanda Kanadanın şimalındakı Nunatsiavut ərazisində yerləşən Saglek-Hebron kompleksindən dəmir birləşmələri sınaqdan keçirib. Əvvəllər güman edilirdi ki, onların tərkibində olan qrafit (karbonun kristal forması) bakteriyaların fəaliyyəti nəticəsində yaranıb.

Alimlər mikro-Raman spektroskopiyasından istifadə edərək, bu süxurlardakı izotop işarələrini (xarakterik fərqləri) ətraflı öyrəniblər. Tapıntılar qrafitin bu materialların parçalanması nəticəsində yaranan metamorfik mayelərdən yarana biləcəyini irəli sürüb.

Beləliklə, kristal karbon abiotik hesab olunur, yəni canlı orqanizmlərlə əlaqəli deyil. Alimlər bunu onun petroqrafik, geokimyəvi və spektroskopik xüsusiyyətləri ilə göstərir.

Tədqiqatçılar qeyd ediblər ki, onların kəşfi həm Yerin uzaq keçmişində, həm də digər planetlərdə həyat izlərinin axtarışı üçün vacibdir.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook