"Allah bizim hamımızdan bunun hesabını soruşacaq” – Ərdoğan islam ölkələrini tənqid etdi
May 29
14:29
2024
"Rəfahdakı görüntülərə dözə bilmirik. Təhlükəsiz zona adlandırılan ərazidə mülki əhalinin sağ qalmaq üçün mübarizə apardığı çadırlara edilən hücumda 45 günahsız fələstinli şəhid olub. Günahsız insanlardan nə istəyirsiniz? Sizin vicdanınız yoxdurmu? Dünya canlı yayımda Netanyahu adlı qana doymuş bir vampirin barbarlığını izləyir. Bu soyqırıma görə İsrail qədər, ABŞ və Avropa da cavabdehlik daşıyır. Ey Amerika dövləti, bu qan sizin də əlinizdədir. Ey Avropanın dövlət və hökumət başçıları, siz susaraq İsrailin bu davranışlarına şərik oldunuz”.
"AzPolitika” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edərkən deyib.
Türkiyə lideri islam ölkələrini Qəzza məsələsində birlik nümayiş etdirməyə çağırıb:"İslam ölkələri, ortaq qərar vermək üçün nəyi gözləyirsiniz? Reaksiya vermək üçün daha nə baş verməlidir? Qəzza küçələrində şəhidlərin cəsədlərini itlər yeyir. İsrail terrorçuları fələstinlilərin otaqlarına girərək onların yataq otağından fotolar paylaşırlar. Nə vaxt reaksiya verəcək, bir araya gəlib qətiyyətli mövqe nümayiş etdirəcəksiniz? İslam dünyası Fələstinin hüquqlarını, ləyaqətini və həyatını nə vaxt qoruyacaq? Allah sizdən, bizim hamımızdan bunun hesabını soruşacaq”.
"AzPolitika” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edərkən deyib.
Ərdoğan qeyd edib ki, Qəzzada təkcə soyqırım baş vermir, mətbuat azadlığı və uşaq hüquqları da ölür:"Heç kim çıxıb bizimlə söz azadlığından danışmasın. İsrail Qəzzada bəşəriyyəti, Avropadakı öz dəyərlərini öldürdü. Biz hər platformada qışqırırıq ki, dünya beşdən böyükdür. Ey BMT, 21-ci əsrdə canlı yayımda bəşəriyyətin soyqırımını dayandıra bilmirsənsə, sənə nə işə yarayırsan? Dünyanın gələcəyi 5 ölkənin öhdəsinə qalıbsa, o binalara nə ehtiyac var? BMT Qəzzada ruhu ilə birlikdə öldü”.