SON XƏBƏR

Almaniya Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiya paketini bloklayıb

İyun 20
11:56 2024
Almaniya müvafiq layihəyə təklif etdiyi dəyişikliyin qəbul edilməsinə baxmayaraq, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 14-cü sanksiya paketini bloklayıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, Almaniya tərəfinin qərarı Xarici İşlər Nazirliyi ilə Kansler Dəftərxanası arasındakı fikir ayrılıqları ilə izah olunur.

Buna səbəb isə paketdə üçüncü ölkələrin Almaniyadakı törəmə şirkətlərində Rusiya şirkətləri və ya vətəndaşlarının payçı qismində iştirakını, eləcə də törəmə şirkətlərin Rusiya Federasiyasına məhsul ixracını qadağan edən müddəanın yer almasıdır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook