Almaniya ilə Danimarka arasında dünyanın ən uzun sualtı tuneli inşa edilir
Aprel 29
11:08
2020
Danimarka Parlamenti Almaniyaya bir neçə dəqiqəyə getməyi mümkün edəcək sualtı tunel layihəsini təsdiqləyib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "Fehmarnbelt" adlı layihənin Danimarka tərəfində inşasına gələn ilin yanvarından başlanması planlaşdırılır.
Daimarka Nəqliyyat Nazirliyindən layihənin bir neçə il çəkəcəyi və açılığın 2029-cu ilin ortalarına təsadüf edəcəyini bildirilib. Nəqliyyat naziri Benni Enqelbrext layihəni təsdiqlədikləri üçün parlament üzvlərini təbrik edib və bunun Avropaya yeni qapı olduğunu deyib.
18 kilometr uzunluğunda olan sualtı tunel Almaniya ilə Danimarkanın Lollanda adasını bir-biri ilə əlaqələndirəcək. Layihə 7 milyard avroya başa gələcək. Burada həmçinin ikixətli qatar və 4 palasalı avtomobil yolu olacaq. Tunel sayəsində iki ölkə arasındakı məsafə 7-10 dəqiqəyə düşəcək.
"Fehmarnbelt" batırma tunel texnikası ilə inşa ediləcək, 60 metr enində və 16 metr dərinlikdə olacaq.
layihə başa çatdıqdan sonra bu, dünyanın ən uzun batırma boru tuneli olacaq.