SON XƏBƏR

Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırdı

May 06
14:52 2024
Almaniya Xarici Işlər Nazirliyi öz səfirini məsləhətləşmələr üçün Rusiyadan geri çağırdığını açıqlayıb. Bu, rusiyayönlü haker qrupunun hakim Sosial-Demokrat Partiyasının resurslarına kiberhücumda ittiham olunması ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” məlumat yayıb.

Mayın 3-də Rusiyanın Almaniyadakı səfirliyinə 2023-cü ildə Sosial-Demokrat Partiyasına kiberhücumla bağlı etiraz edilib. Almaniyanın xarici işlər naziri Annalena Berbok, həmçinin Avropa İttifaqı və NATO hücumu həyata keçirən APT28 haker qrupu ilə Rusiya Baş Qərargahı arasında əlaqə olduğunu açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook