SON XƏBƏR

Almaniya şirkətləri Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

İyun 02
22:23 2016
İqtisadi konyukturanın zəifləməsinə baxmayaraq, Almaniya şirkətləri Azərbaycan şirkətləri ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. 

"Report" xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndəsi Mayl Hofman bildirib. 

Onun sözlərinə görə, Azərbaycan tədricən ixracatçı ölkədən istehsalçı ölkəyə çevrilir: "Bu da qeyri-neft sektorunun nümayəndələri arasında əməkdaşlığın inkişafı üçün böyük imkanların və potensialın olduğunu ehtiva edir".

Qeyd edək ki, bu gün Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar” mövzusunda texnologiya forumu keçirilib. Forum Saksoniya vilayətindən olan müəssisələrin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Sachsen GmbH." İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin rəsmi açılış mərasimindən və şirkətlərin təqdimatından sonra Almaniya və Azərbaycan müəssisələri arasında maşınqayırma və avadanlıqlar, neft-kimya və kimya sənayesi, enerji təchizatı və nəzarət, elektrotexnika, qaynaq avadanlığı, gəmiqayırma və təmiri, kran, tikinti və daşınmaz əmlak, əməliyyat təhlükəsizliyi vasitələri sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər baş tutub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook