SON XƏBƏR

Almaniya terror hücumları təhlükəsinin artacağı ilə bağlı xəbərdarlıq etdi

İyun 11
14:03 2024
Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi hesab edir ki, son zamanlar ölkəyə qarşı terror təhlükəsi əvvəlki illərlə müqayisədə xeyli artıb və qeyri-islamçı ekstremizm də risklər yaradır.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə dpa idarənin rəhbəri Tomas Qaldenvanqa istinadən məlumat yayıb. 

Qaldenvanq qeyd edib ki, son bir ildə islamçı terror təhlükəsinin artması Talibanın Əfqanıstanda hakimiyyətə qayıdışı, Əfqanıstan və Pakistanda İŞİD-nin güclənməsi, ifrat sağçıların təxribat xarakterli hərəkətləri kimi amillərin vəhdədinin nəticəsidir. Skandinaviya ölkələrində bir çox müsəlmanı qəzəbləndirən aktivistlər və nəhayət, Yaxın Şərqdə İsrail və HƏMAS arasındakı müharibə təhlükəni daha da artırır.

"Almaniya Avropanın digər ölkələrinə nisbətən cihadçılar üçün daha çox diqqət mərkəzindədir, çünki biz ABŞ-la yanaşı İsraili ən çox dəstəkləyən ölkələrdən biri hesab olunuruq”, - deyə rəsmi bildirib.

O vurğulayıb ki, Almaniya təhlükəsizlik xidmətləri həmişə vəziyyəti diqqətlə izləyib və hazırda potensial təhlükəsizlik təhdidlərindən hansının daha aktual olduğunu müəyyən etmək çox çətindir.

"Biz bir anda "üçlük”lə qarşılaşırıq: bu, islamçı terrorizm təhlükəsidir, bu, sağ ekstremistlərin və müsəlmanlara qarşı düşmənçiliyin yaradan sosial gərginlikdir və xarici dövlətlərin casusluq fəaliyyətidir”, - Qaldenvanq qeyd edib və əlavə edib ki, eyni zamanda solçu ekstremizm təhlükəsi də artır.

Xatırladaq ki, bu yaxınlarda Almaniyanın Mannheym şəhərində Əfqanıstan əsilli şəxs anti-islam aksiyası keçirən ultrasağ siyasətçilərə bıçaqla hücum edib, çoxlu sayda insan yaralanıb. Xəsarət alan polis əməkdaşı daha sonra xəstəxanada keçinib. Müstəntiqlər hücum edənin islamçı motivlərlə hərəkət etdiyini güman edirlər.

Daha sonra orada ifrat sağçı "Almaniya üçün alternativ” partiyasının namizədi ilə onun seçki kampaniyasını pozan bir qrup şəxs arasında toqquşma baş verib və siyasətçi bıçaqlanıb.

Daha sonra məhkəmə ifrat sağçıların Mannheym bazar meydanında mitinq keçirməsinə qadağa qoyub, lakin prinsipial olaraq tədbirlərin keçirilməsinə qadağa qoymayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook