SON XƏBƏR

Almaniya Ukrayna ordusunu tənqid edən Baş komandanı istefaya göndərdi

Mart 14
13:54 2023
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynadakı müharibə ilə bağlı bəyanatlarından sonra ölkənin Silahlı qüvvələrinin Baş komandanı general Eberhard Tsornun dəyişdirilməsi barədə qərar verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” hökumətdəki mənbələrə istinadən yazır.

Onların sözlərinə görə, bu vəzifə general-mayor Karsten Breyerə veriləcək.

Ötən ilin sentyabrında 63 yaşlı Tsorn Ukrayna Silahlı Qüvvələrinin Rusiya qoşunlarına qarşı effektiv müqavimət göstərə biləcəyinə şübhə edirdi. O, "Focus” jurnalına müsahibəsində bildirib ki, Ukrayna ərazilərin bəzi hissələrini geri almağa imkan verən əks-hücumlar həyata keçirir, lakin Rusiyanı "geniş cəbhədə” geri atmaq iqtidarında deyil. Tsorn Moskvanın Moldovada, Kalininqrad yaxınlığında, Finlandiya ilə sərhəddə və ya Gürcüstanda ikinci cəbhə aça biləcəyini də ehtimal edib. ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hoces generalı "Rusiyanın imkanlarının heyrətamiz dərəcədə zəif təhlilinə” görə tənqid edib.

Tsorn 2018-ci ildən Almaniya Silahlı Qüvvələrinə komandanlıq edir. Mənbələrə görə, o, cümə axşamından erkən təqaüdə çıxacaq. Spiegel-ə görə, Pistorius bu qərarla Tsornu bazar ertəsi şəxsən məlumatlandırıb.

Onu yerinə təyin ediləcək 59 yaşlı Breyer hökumətin koronavirus pandemiyası ilə mübarizə qrupunun keçmiş rəhbəri olub və ona "korona generalı” ləqəbini qazandırıb. O, hazırda Bundesverin ərazi komandanlığının rəhbəri vəzifəsini tutur. Yeni təyinatından sonra o, həm də Almaniya kansleri Olaf Şoltsun baş hərbi müşaviri olacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook