SON XƏBƏR

Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırmaq planlarını təsdiqləyib

Noyabr 13
10:39 2023
Almaniya 2024-cü ildə Ukraynaya hərbi yardımı ikiqat artırmaq niyyətindədir. Bu məqsədlər üçün əvvəllər federal büdcədə nəzərdə tutulan 4 milyard avronun əvəzinə 8 milyard avronun xərclənməsi planlaşdırılır.

"Report” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Onun sözlərinə görə, Almaniya bu işdə 2023-cü ilin təcrübəsini rəhbər tutur və bu, planlaşdırılan məbləğlərin tez tükəndiyini göstərib:

"Bu, Ukraynaya güclü siqnaldır və bizim təslim olmadığımızı göstərir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook