SON XƏBƏR

Almaniya XİN başçısı gözlənilmədən Kiyevə gəldi

Sentyabr 11
11:33 2023
Almaniyanın xarici işlər naziri Annalena Barbok gözlənilməz səfərlə Kiyevə gəlib. 

Qaynarinfo "Tagesschau"ya istinadla xəbər verir ki, bu, onun genişmiqyaslı müharibə başlayandan bəri Ukraynaya dördüncü səfəridir.

Almaniya diplomatiyasının rəhbəri sentyabrın 11-də səhər saatlarında Ukrayna paytaxtına gəlib. Bu səfər əvvəlcə təhlükəsizlik səbəbi ilə gizli saxlanılıb. Ukrayna üzərindəki hava məkanının hələ də mülki aviasiya üçün bağlı olması səbəbindən digər xarici qonaqlar kimi Berbok da Polşadan xüsusi qatarla getməli olub.

Burbok gələndən sonra Ukraynaya Avropa İttifaqına gedən yolda dəstəyi davam etdirəcəyini vəd edib, eyni zamanda korrupsiyaya qarşı mübarizə kimi əlavə islahatlara təkan verib. Onun sözlərinə görə, Ukrayna "hamımızın azadlığını” müdafiə edir.

"Ukrayna qarşımızda durduğu kimi, bizə də arxalana bilər", - nazir qeyd edib və xüsusilə Ukraynanın Avropa İttifaqına gedən yolunda "həlledici dəstəyi" xatırladıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook