Almaniya XİN "Twitter"də Rusiyanın genişmiqyaslı dezinformasiyasından narahatdır
Yanvar 26
14:40
2024
Almaniya Xarici İşlər Nazirliyinin ekspertləri "Twitter" (X) sosial şəbəkəsində Rusiyanın xeyrinə sistematik dezinformasiya kampaniyasının aparıldığını aşkar ediblər və hökumət gələcəkdə seçkilərə müdaxilənin mümkünlüyündən narahatdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel”in məqaləsində deyilir.
Redaksiyanınn ixtiyarında Almaniya Xarici İşlər Nazirliyinin Strateji kommunikasiyalar departamentinin analitiklərinin qapalı hesabatı var, onlar xüsusi proqram təminatından istifadə edərək dekabrın 20-dən yanvarın 20-dək "Twitter"də çox sayda məlumat araşdırıblar.
Bu ay analitiklər real şəxslərə aid olmayan və alman dilində əlaqələndirilmiş məlumat kampaniyalarında iştirak edən 50 mindən çox hesab tapıblar. Bəzi günlərdə bu botlardan gündə təxminən 200.000 tvit olub. Eyni zamanda, onların fəallığının həftə sonları və Rusiyada istirahət günü olan günlərdə azaldığı nəzərə çarpır.
Bu tvitlər arasında Almaniyanın Ukraynanı dəstəkləmək üçün öz əhalisinin maraqlarına məhəl qoymaması ilə bağlı çox yayılmış bir narrativ var – botlar birinci şəxsin dilindən yazır ki, "hökumətin öz vətəndaşlarından daha çox başqa ölkələr üçün iş görməsi qəribədir”.
Eyni zamanda, belə görünür ki, bu kampaniyanın koordinatorları bəzi almanların narazılığını "izləyirlər” və onu şişirtməyə çalışırlar. Ekspertlər hesab edir ki, kampaniyanın məqsədi almanlar arasında narazılığı qızışdırmaq, hökumətə, demokratik sistemə və mediaya inamı sarsıtmaqdır. Almaniyanın Ukraynaya yardımı bu baxımdan prioritet hücum mövzusudur və "Ukraynanın məğlubiyyəti” və "Ukraynalı qaçqınların işğalı” haqqında narrativlərdə də təbliğ olunur.
Xarici İşlər Nazirliyinin analitikləri hesab edir ki, bu kampaniyanın arxasında Rusiya dayanır və kampaniya 2022-ci ildən davam edir.
Departamentdə botlar vasitəsilə platformada belə kütləvi işlərin həm Avropa Parlamentinə, həm də üç federal torpaqda keçiriləcək seçkilərə həqiqətən təsir edə biləcəyi ilə bağlı narahatlıq artır.
Təhlilçilər xüsusilə narahatdırlar ki, kampaniyanın çox hissəsi tamamilə avtomatlaşdırılmış görünür - böyük bir qrup hesabın botları öz tvitlərini təxminən eyni vaxtda və eyni tempdə yerləşdirir və bu, hansısa şəkildə alqoritmlər tərəfindən idarə olunduğu təəssüratı yaradır.
Bundan əlavə, kampaniya koordinatorları dəfələrlə orijinal mənbənin saxtasını yaradıblar ki, sonradan botların köməyi ilə istədikləri tvitləri böyük auditoriyaya yaya bilsinlər. Həm də bəzən nüfuzlu mediadakı mesajları saxtalaşdıraraq, onlara mövcud olmayan xəbərləri və məqalələri aid edirlər və sonra botlar tərəfindən geniş şəkildə yayılırlar. Bu məqsədlə saxta internet saytları yaradılır, orada əsl media orqanının interfeysini çox dəqiq surəti köçürülür və yalan xəbərlər üçün hətta jurnalistlərin adlarını belə "oğurlayırlar”. Yalnız domen ünvanı onları ifşa edir və ayıq insanlar bunu dərhal görməsinlər deyə botlar qısaldılmış link yayırlar.
Bəzi hesablar sonda bloklanır, lakin onların bir çoxu uğurla işləməyə davam edir.
Nəticələr "EU vs Disinfo” ixtisaslaşmış Avropa mərkəzi ilə paylaşılıb.
Qeyd edək ki, Aİ-nin baş diplomatı bu yaxınlarda bildirib ki, 2024-cü il seçkiləri dezinformasiya və xarici müdaxilə üçün əsas hədəfdir.
ABŞ da hesab edir ki, Rusiya müxtəlif Avropa ölkələrində seçkilər öncəsi ictimai rəyi Ukraynaya qarşı yönəltmək üçün informasiya əməliyyatları aparacaq.