SON XƏBƏR

Almaniyada çeçen səhra komandiri qətlə yetirildi: Berlin Rusiyanı hədələdi

İyun 18
16:43 2020
Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağrılıb. 

Qaynarinfo xəbər verir ki, Almaniyanın bu addımı Çeçenistan müharibəsində iştirak edən Zəlimxan Xanqoşvilinin Berlində aradan götürülməsi ilə bağlıdır. Xanqoşvilinin Gürcüstan vətəndaşlığı var; Almaniyada hesab edirlər ki, onu "rus killer" öldürüb.

Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, ölkə bu cinayətə görə cəza olaraq "əlavə tədbirlər" tətbiq etmək hüququnu da özündə saxlayır.

RİA Novosti yazır ki, Rusiyadan olduğu iddia edilən qatillə bağlı iş bu günkü məlumata görə, məhkəməyə verilib. Həmin şəxsə qətl və qanunsuz silah daşımaq ittihamı irəli sürülüb.

Moskva çeçenin ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirib.

23 avqust 2019-cu ildə Berlində Malıy Tirqarten Parkında velosiped sürən bir şəxs Xanqoşvilini güllələyib. Şübhəli dərhal tutulub və onun "Vadim Sokolov" adı ilə saxta pasportu olan rus Vadim Krasikov olduğu üzə çıxıb. Almaniya hesab edir ki, Çeçen döyüşçülərinin keçmiş səhra komandirinə sui-qəsd Xanqoşvilinin Qafqaz Əmirliyinin (Rusiya Federasiyasında qadağan olunmuş) terrorçusu olduğunu elan edən Rusiyanın sifarişi ilə həyata keçirilib. 
Berlinə görə, Krasikov Rusiya xüsusi xidmət orqanları ilə əlaqəlidir.

Xanqoşvilinin ölümündən sonra Berlin Rusiya Xarici İşlər Nazirliyinin iki əməkdaşını ölkədən qovub, Moskva da eyni şəkildə Almaniyaya cavab verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook