SON XƏBƏR

Almaniyada dövlət çevrilişinə cəhd planlaşdırılıb - Əməliyyatda 27 nəfər saxlanılıb

Dekabr 07
15:07 2022
Almaniyada ölkə daxilində həyata keçirilən əməliyyatlarda 25 nəfərin terror təşkilatına üzv olmaq və dövlət çevrilişi planlaşdırmaq ittihamı ilə saxlanıldığı bildirilib.

Bir çox ştatlarda həyata keçirilən reydlərdə 52 nəfərin "terror təşkilatına üzv olmaq və ya dəstək vermək” ittihamı ilə nəzarətə alındığı bildirilib. Saxlanılanların arasında keçmiş hərbçilərin də olduğu qeyd edilib.

Saxlanılanların Almaniya Bundestaqına basqın edərək dövlət çevrilişi planlaşdırdıqları iddia edilib.

Almaniyanın Federal Ədliyyə naziri Marko Buşman öz "Twitter” hesabından verdiyi açıqlamada bu gün səhər saatlarında terrorla mübarizədə böyük əməliyyatın keçirildiyini, federal prokurorun terror şəbəkəsi ilə bağlı araşdırma apardığını bildirib.

"Konstitusiya institutlarına silahlı hücumun planlaşdırıldığına dair bir şübhə var”, - Buschmann bildirib.

Almaniya İmperiyasını nümunə götürən qrup üzvlərinin müasir Almaniya dövlətini tanımadıqları bildirilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook