Almaniyada karantinin müddəti artırıldı
Mart 04
09:19
2021
Almaniyada yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin rejiminin müddəti martın 28-nə kimi uzadılıb.
"Report”un məlumatına görə, bununla belə federal torpaqların rəhbərləri yumşalmalara getməklə bağlı qərar vermək hüququnu özündə saxlayırlar.
Almaniyan kansleri Angela Merkel Berlində keçirdiyi mətbuat konfransında qərara münasibət bildirib:
"Biz lokdaunun aradan qaldırılması üçün addımlar atmalıyıq. Amma bizi geri salmasın deyə bu addımları diqqətlə izləmələyik. 2021-ci ilin yazı ötən ilin yazına nisbətən başqa olacaq”.
Martın 22-dən etibarən restoranların, kinoteatrların və pərakəndə satış mağazalarının qismən açılması istisna deyil. Bu, yalnız ciddi gigiyena qaydalarına riayət edildiyi təqdirdə mümkün olacaq.