Almaniyada Rusiya təbliğatı milli təhlükəsizliyə təhdid kimi tanındı - Ruslar izləniləcək
İyun 21
14:56
2023
Almaniyada Ukraynadakı müharibə fonunda Rusiya təbliğatı milli təhlükəsizliyə təhdidlərdən biri kimi tanınıb və onu dəstəkləyənlərə nəzarət qurulub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Deutsche Welle"nin məlumatına görə, BfV (Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə) rəhbəri Tomas Haldenvanq bildirib.
Onun sözlərinə görə, son on ildə keçmiş SSRİ ölkələrindən Almaniyaya çox sayda insan gəlib. Onlar alman cəmiyyətinə inteqrasiya olunublar və milli pasportlara malikdirlər. Bununla belə, Rusiya bu insanları "hələ də öz rusları kimi görürlər və onlara təsir göstərmək istəyirlər”.
"Buna görə də bütün kanallar vasitəsilə Rusiya təbliğatı bu insanlara yönəlib, çünki onlar arasında rus dili geniş yayılıb və bu dildə Kremlin narrativləri tirajlanır", - Haldenvanq bildirib.
O qeyd edib ki, Rusiya təbliğatı Ukraynadakı müharibə fonunda Almaniyada ekstremizmin artmasına gətirib çıxarır. "Sosial şəbəkələr vasitəsilə ekstremist yazılar yayılır ki, bu da beynəlxalq hüquqa zidd olaraq müharibəyə haqq qazandırır”, - Haldenvanq vurğulayıb.
BfV rəhbəri əmin edib ki, rus diasporu ümumiyyətlə, Rusiyadan gələn təbliğata davamlıdır. "Lakin biz bu diasporun nümayəndələrinin iştirak etdiyi Rusiyayönlü etirazlarla üzləşirik. Onların sayı barədə dəqiq statistikamız yoxdur. Biz o insanları izləyirik ki, Rusiya təbliğatını dəstəkləyir və ona reaksiya verir”, - deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl Çexiya prezidenti Petr Pavel Aİ ölkələrində yaşayan rusları "yaxından” izləməyə çağırıb. "Davam edən müharibə zamanı Rusiya vətəndaşları üçün təhlükəsizlik tədbirləri adi vaxtlardan daha sərt olmalıdır. Buna görə də Qərb ölkələrində yaşayan bütün Rusiya vətəndaşları əvvəlkindən çox daha yaxından izlənilməlidir. Çünki onlar aqressiv müharibə aparan xalqın vətəndaşlarıdır”, - Pavel "Azadlıq” radiosuna müsahibəsində bildirib.
BBC-nin hesablamalarına görə, 2022-ci ildə azı 155,4 min Rusiya vətəndaşı Avropa, Türkiyə və MDB-də müvəqqəti yaşamaq icazəsi alıb. Daha 15 min nəfər Aİ-dən siyasi sığınacaq istəyib, lakin müraciətlərin yalnız 2 mindən bir qədər çoxu təmin edilib.