SON XƏBƏR

Almatı şəhərinin mərkəzində yenidən atışma başladı

Yanvar 07
11:20 2022
Almatının mərkəzi meydanında növbəti atışma başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
 
Hazırda təhlükəsizlik qüvvələri küçələri təmizləyir. Agentlik başqa təfərrüatlar vermir.

Sputnik Qazaxıstan öz Telegram kanalında hökumət binalarını ələ keçirən terrorçuların xüsusi tüfənglərdən istifadə etdiyini bildirib. Onlar ələ keçirilən hakimliyin hər mərtəbəsində növbətçi olub, bütün giriş-çıxışlara nəzarət edirdilər.

"Terrorçular tərəfdən xüsusi tüfəngli snayperlər hərəkətə keçib. Onlar müşahidə kameralarını və digər rabitə vasitələrini məhv ediblər. Cinayətkarların əsas hədəfi hüquq-mühafizə orqanlarının əməkdaşları olub”, – nəşr Prezident Administrasiyasının nümayəndəsi Dauren Abayevin sözlərindən sitat gətirir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook