SON XƏBƏR

Alpaqut üzrə VIII - çempionat başa çatdı - Laçın komandası birinci yerdədir - VİDEO

Oktyabr 10
18:53 2023
07.10.2023- cü il tarixində Abşeron Olimpiya İdman kompleksində start götürən Alpaqut üzrə VIII - Azərbaycan birinciliyi və çempionatı 08.10.2023 cü il tarixində başa çatıb.
 
Qlobal.az xəbər verir ki, barış Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilib. Yarışda respublikanın 40-a yaxın filialından 400-dən çox idmançı Alpaqut döyüş sənətinin Ayça, Batur, Caymaz, Qurşaq döyüş sistemləri üzrə yarışaraq öz güclərini sınanılıb. 

Yarışın rəsmi açılış mərasimində fəxri qonaqlar sırasında Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Dəniyar Teymurlu, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Hakimlər kolleqiyasının sədri Hicran Şərifov, Dünya Alpaqut Federasiyası İdarə heyətinin üzvü Emil Rəhimov,  DAF Azərbaycan Nümayəndəliyinin prezidenti Qüdrət Nuriyev və vitse-prezident Nuranə Şıxəliyeva, Dünya Döyüş Növləri Oyunları Komitəsinin Azərbaycanda səlahiyyətli nümayəndəsi Barat Orucov, Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti  Allahverdi Rüstəmov, DAF Azərbaycan nümayəndəliyi mədəniyət deportamenin rəhbəri Elmirağa Budaqov, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin Sədri Fuad Rəsul, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komisiyasının sədri Şahin Musaoğlu, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini Cavid İsmayıl, Jurnalis Örtxan Eltaç,  BDU-nin müəllimi,alim İradə Əlili, Arpaçay İdman klubunun prezidenti Yavər  Hüseynov və vitse prezidenti Cavid Əliyev və ölkədə fəaliyyət göstərən digər təşkilatlarının rəsmiləri, qazilər, media nümayəndələri iştirak edib.
 
Abşeron Olimpiya İdman Kompleksində keçirilən Alpaqut Turan Döyüş Sənəti üzrə VIII Azərbaycan Birinciliyi və Çempionatında 40-dan çox komandanın iştirakı edib, bu çempionatda Laçın Alpaqut Filialı  Alpagut Turan Döyüş Sənətinin Batur sistemi üzrə komanda hesabına görə birinci yeri layiq görülüb.
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook