SON XƏBƏR

“Altın körpü” jurnalının sonuncu nömrəsi Azərbaycan-Qazaxıstan münasibətlərinə həsr edilib

İyul 12
10:15 2017
Qırğızıstanda yayımlanan "Altın körpü” jurnalının sonuncu nömrəsi Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilib.
 
Jurnalın üz qapağında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fotoları yer alıb.
 
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun "Qazaxıstan ilə Azərbaycan qonşu, tərəfdaş, dost ölkədir” sərlövhəli məqaləsində iki ölkənin 25 ildə keçdiyi diplomatik yol, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın inkişafı məsələlərindən söhbət açılır.
 
Qazaxıstanın Qərb bölgəsi – Mangistau vilayəti ilə Azərbaycan arasındakı əlaqələr barədə ölkəmizin Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalovun geniş müsahibəsindən fikirlərə yer verilir.
 
Jurnalda Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyevin və Qazaxıstan parlamentinin deputatı, soydaşımız Məhərrəm Məhərrəmovun qardaş ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi haqda fikirləri oxucuların diqqətinə çatdırılır.
 
Bundan başqa, siyasətşünas, fəlsəfə doktoru Füzuli Məcidlinin qazax dilində yayımlanan məqaləsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs olunur.
 
Jurnalda, həmçinin Qazaxıstan paytaxtında açılan "Astana EXPO-2017” sərgisi və burada Azərbaycanın iştirakı haqqında da məlumat verilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook