SON XƏBƏR

AMB-dən “Rabitəbank“ın törəmə şirkətinə xəbərdarlıq: Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması...

Avqust 28
00:44 2024
Mərkəzi Bank "Rabitəbank"ın törəmə şirkəti olan "Capital Partners İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edib.

AMB-dən verilən məlumata görə, aparılan kompleks yoxlama zamanı qiymətli kağızlar bazarı haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri ilə bağlı bir sıra pozuntular qeydə alınıb. Pozuntuların aradan qaldırılması ilə əlaqədar "Capital Partners"ə icrası məcburi göstəriş verilib.

"Capital Partners İnvestisiya Şirkəti” QSC 22 iyun 2022-ci ildə əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi üçün müddətsiz lisenziya əldə edib. Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin üzvüdür, "Rabitəbank"ın hesablaşma agentidir.

"Capital Partners" yerli və xarici bazarlarda peşəkar investisiya xidmətlərini təqdim edir. İnvestisiya xidmətləri Mərkəzi Bankın attestasiyası ilə sertifikatlara sahib olan, Bakı Fond Birjasının peşəkar treyderlər tərəfindən həyata keçirilir.

"Capital Partners İnvestisiya Şirkəti” "Rabitəbank” ASC-nin törəmə şirkətidir.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook