AMEA-da bəzi şöbələr ləğv edilib - Yeniləri yaradılıb
Aprel 11
10:56
2022
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının son iclasında struktur dəyişiklikləri çərçivəsində şöbə adlarının dəyişdirilməsi və yeni şöbələrin yaradılması haqqında qərar qəbul edilib.
Bu barədə "Report"a AMEA-dan məlumat verilib.
Bildirilib ki, Geotektonika və regional geologiya şöbəsinin adı dəyişdirilərək Dinamiki geologiya, Geotermiya şöbəsinin adı dəyişdirilərək Yer təkində istilik-kütlədaşınma, Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin adı dəyişdirilərək Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi adlandırılması qərarı səsə qoyularaq qəbul edilib.
Tədbirdə, həmçinin yeni şöbələrin yaradılmasına da qərar verilib.
Qərara uyğun olaraq Petrologiya, Filiz-maqmatik sistemləri və Metasomatizm və metamorfizm şöbələri birləşdirilməklə onların bazasında Filiz-maqmatik sistemləri və minerageniya şöbəsi, Paleontologiya və stratiqrafiya şöbəsi ləğv edilərək onun bazasında Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsi, eləcə də ilk dəfə yeni Tətbiqi geotermiya tədqiqatları şöbəsi yaradılıb.