AMEA-da şübhəli tenderin qalibi alim imiş - TƏFƏRRÜAT
Oktyabr 01
00:01
2021
Bir neçə gün öncə Qlobal.az saytında AMEA İşlər İdarəsinin sifarişçi olduğu şübhəli satınalma barədə xəbər yayımlamışdıq.
Xəbərdə İşlər İdarəsinin 2021-ci ilin sentyabr ayının 20-də "Abşeron rayonunun Saray qəsəbəsində inşa edilən "Alimlər şəhərciyi” (Science City) yaşayış kompleksində çoxmərtəbəli çoxmənzilli yaşayış binaları üçün su və kanalizasiya xətlərinin çəkilməsinin satınalınması" lotu üzrə yekun vurduğu tender Dövlət Satınalmaları Haqqında Qanunun tələblərinə cavab vermədiyi qeyd edilirdi.
Dövlətə külli miqdarda vergi borcu olan bir təşkilatın hansı meyarlara əsasən AMEA-nın yarım milyon manata yaxın məbləğdə sifarişçi olduğu satınalmada qalib elan edilməsi suallar doğursa da, İşlər İdarəsi məsələyə heç bir aydınlıq gətirmədi.
Qlobal.az-ın əldə etdiyi məlumata görə "Ruslan Təmir-tikinti” MMC-nin qanuni təmsilçisi Murad Həsənovun AMEA rəhbərliyinə yad adam olmadığı iddia edilir.
İddialara görə "Ruslan Təmir-tikinti” MMC-nin AMEA-nın İşlər İdarəsinin sifarişçi olduğu tenderdə qalib olmasına da səbəb məhz xüsusi münasibətlərin olmasıdır.
Onu da qeyd edək ki, "Alimlər Şəhərciyi"ndə su və kanalizasiya xətlərinin çəkilişini aparacaq "Ruslan Təmir-tikinti” MMC-nin maddi-texniki bazası, mühəndis və işçi heyəti və fəaliyyət profili barədə heç bir mılumat verilmir.
Qlobal.Az

Tenderin qalibi elan edilən "Ruslan Təmir-tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda dövlətə 32.826 manat vergi borcu olduğu bildirilirdi.
Dövlətə külli miqdarda vergi borcu olan bir təşkilatın hansı meyarlara əsasən AMEA-nın yarım milyon manata yaxın məbləğdə sifarişçi olduğu satınalmada qalib elan edilməsi suallar doğursa da, İşlər İdarəsi məsələyə heç bir aydınlıq gətirmədi.
Qlobal.az-ın əldə etdiyi məlumata görə "Ruslan Təmir-tikinti” MMC-nin qanuni təmsilçisi Murad Həsənovun AMEA rəhbərliyinə yad adam olmadığı iddia edilir.
Belə ki, Murad Həsənovun elm adamı- professor olduğu deyilir. Murad Həsənovun elm cameəsində, ictimaiyyətdə tanınmamasına baxmayaraq, onun AMEA rəhbərliyi ilə sıx münasibətlərinin olduğu bildirilir.