SON XƏBƏR

AMEA-nın aylıq mühafizəsinə 1.2 milyon manat xərclənir - “Alov-Mühafizə” kimindir?

Dekabr 28
13:18 2020
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi "Alov-Mühafizə” MMC ilə 4,9 milyon manatlıq müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, cari ilin son 4 ayı üçün mühafizə xidmətinin satınalınması üzrə keçirilən tenderin detalları ilə bağlı məlumat verilməyib. Amma aydın olur ki, AMEA-nın aylıq mühafizəsinə 1 milyon 200 min manat civarında vəsait xərclənir.

Qeyd edək ki, "Alov Mühafizə” MMC şirkəti mühafizə xidməti ilə bağlı keçirilən satınalmaları ən çox qazanan şirkətdir. Təkcə şirkət 2020-ci ilin ilk ayı ərzində 32 tenderdə qalib olub və dəyəri 1 milyon 218 min 845 manat olan 32 müqavilə bağlayıb. 

Əsasən, Təhsil Nazirliyinə bağlı gimnaziyalar, peşə məktəbləri, məktəb-liseylər, kolleclər, internat məktəbləri, idman məktəbləri mühafizə xidmətini "Alov Mühafizə” MMC-yə həvalə edirlər.

Şirkət "Alov Mühafizə” MMC 2019-cu ildə büdcədən maliyyələşən təşkilatlarla 100-dən çox müqavilə bağlayıb.

2009-cu ildə yaradılan MMC-nin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhər, Nizami rayonu, Əli Əliyev, ev 16, mənzil 68-dir, qanuni təmsilçisi isə Xalis Yunus oğlu Talıbovdur.  

Şirkətlə bağlı ən ilginc məlumatlardan biri də  MMC-nin "Riyad" Mühafizə Xidmətinin bazasında formalaşması ilə bağlıdır…
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook