AMEA-nın fantastik büdcəsi: - Bu qurum bağlana bilər
Fevral 04
13:08
2019
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Elmlər Akademiyasının maliyyələşməsinin dayandırılması haqda fərman imzalayıb. Bu fərmandan sonra 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət maliyyələşmədən kənarda qalıb. Türkmənistan Elmlər Akademiyasına həmçinin Ali Attestasiya Komissiyası, 17 ali məktəb, 2 tibbi araşdırma mərkəzi, bir kitabxana və 2 tipoqrafiya daxildir.
Maraqlısı budur ki, Berdiməhəmmədov bu fərmandan 1-2 gün əvvəl - yanvarın 30-31-də Türkmənistan EA-nın tərkibindəki bir sıra institutların birləşdirilmısi barədə fərman imzalamışdı. Ancaq fevralın 1-dən bu qurumun maliyyələşməsi ümumiyyətlə dayandırıldı.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının struktur islahatları ilə bağlı fərmanından sonra ölkəmizdə də bənzər addımın atılması müzakirə mövzusuna çevrilib. Bəs, görəsən, bizdə də AMEA-nın büdcədən maliyyələşdirilməsi dayandırıla bilərmi?
Məsələ ilə bağlı Kult.az-a danışan təhsil eksperti Kamran Əsədov bənzər addımın mümkünlüyünü istisna etməyib:
"Ölkəmizdə neft gəlirlərindən asılılığın azaldılması proseslərinin genişləndirilməsi və qeyri-neft sektorunun həcminin artması istiqamətində atılması vacib olan addımlardan biri də dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılan qurumların ləğv olunması, birləşdirilməsi və ya büdcədən maliyyələşdirilməsinin dayandırılmasıdır. Bu kimi qurumların önündə Təhsil Nazirliyi, AMEA, ali təhsil müəssisələri gəlir. Dünyanın inkişaf etmiş ölkələrində adını sadaladığım qurumlar ya publik hüquqi şəxsdir, ya da büdcələrini xidmətləri ilə özləri formalaşdırırlar. Bizdə həqiqətən də Təhsil Nazirliyi təhsil xidməti göstərə bilirsə, AMEA beynəlxalq və yerli əhəmiyyətli ixtiralar, kəşflər edirsə, o zaman özləri gördükləri işlərə görə vəsait qazana bilərlər.
Əlbəttə ki, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasında, tədqiqi və təbliğində AMEA-nın xüsusi xidmətləri var. Unutmayaq ki, AMEA-da çalışanların əməkhaqqı digər dövlət qurumları ilə müqayisədə yüksəkdir. Belə ki, AMEA-nın prezidenti 1837, AMEA-nın 1-ci vitse-prezidenti 1276, AMEA-nın vitse-prezidenti, akademik katibi 1177, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik katibi 880 manat, idarə rəisi 853, AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini 825, İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi 704, Qeyri-əsas şöbənin rəisi 517, Qeyri-əsas şöbənin rəis müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi 484, Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 451 manat aylıq məvacib alır.
Bura onların elmi ad və dərəcələri daxil deyil. Onları da nəzərə alanda ortaya böyük məbləğ çıxır bə bütün bunlar hamısı büdcədən ödənilir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda elmi sahəyə yüksək məbləğdə vəsait ayrılsa da, bu, bir sıra xarici ölkələrlə müqayisədə azlıq təşkil edir. Ancaq inkişaf etmiş ölkələrdə mənzərə başqadır:
"Elmi tədqiqat və kəşflərə ötən ildə ABŞ ümumilikdə 511,1 milyard dollar, Çin 451,2 milyard dollar, Yaponiya 168,6 milyard dollar, Almaniya 118,5 milyard dollar, Cənubi Koreya 79,4 milyard dollar, Fransa 62,2 milyard dollar, Hindistan 50,1 milyard dollar, Böyük Britaniya 47,2 milyard dollar, Braziliya 41,1 milyard dollar, Rusiya 39,9 milyard dollar vəsait ayırıb. Amma onların elmi tədqiqat müəssisələrinin fəaliyyətinin ÜDM-da payı çoxdur. Sözügedən ölkələr ayrılmış vəsaiti artıqlaması ilə dövlət büdcəsinə qaytarırlar. Onların ixtira və kəşfləri dünyaya səs salır.
2019-cu ildə AMEA-ya dövlət büdcəsindən 82 milyon manat ayrılıb. Bu, ölkəmiz və əhalimizlə müqayisədə olduqca böyük məbləğdir. Amma bu qədər vəsaitin fonunda dünya əhəmiyyətli heç bir iş yoxdur”.
K.Əsədov elmə ayrılan xərclərin Ümumi Daxili Məhsuldakı (ÜDM) payına da diqqət çəkib:
"İnkişaf etmiş ölklərdə illik elm xərcləri ölkənin ÜDM-nin 2-4 faizi qədər olur. Məsələn, YUNİSEF-in məlumatına əsasən, hələ 2016-cı ildə bu göstəricinin səviyyəsi İsraildə 4.4 faiz, Finlandiyada 3.9 faiz, Cənubi Koreyada 3.7 faiz, İsveçdə, Yaponiyada 3.4 faiz, ABŞ-da 3 faiz və s. olub. Düzdür, həmin ölkələrdə bu vəsaitin əksər hissəsi qeyri-dövlət kanalları vasitəsilə elmə yönəldilir. Bu ölkələrdə dövlətin elm xərcləri adətən ÜDM-nin 1 faizi qədərdir. Amma Azərbaycanda dövlətin elmə ayırdığı vəsaitlərin ÜDM-də payı 1 faizdən aşağıdır, lakin ayrılan vəsaitin yarısı qədər səmərəli iş görülmür.
Hazırda elm adamlarına verilən əməkhaqqı və ödənişlər onların elmi işinin qiyməti deyi. Əməkhaqqından əlavə, AMEA-nın elmi müəssisə və təşkilatlarında fundamental və tətbiqi elmi tədqiqatların aparılması üçün də dövlət büdcəsindən böyük vəsait ayrılır.
Hesab edirəm ki, AMEA, Təhsil Nazirliyi, ali təhsil müəssisələrinə dövlət büdcəsindən maliyyələşdirilmə dayandırılmalıdır, onlar büdcədənkənar vəsaitlər cəlb etməli, öz sahələri üzrə xidmətlər göstərib büdcə formalaşdırmalıdırlar”.
Ekspert bildirib ki, AMEA-nın elmin bütün sahələrini əhatə edən elmi müəssisə və təşkilatları fəaliyyət istiqamətləri üzrə istehsalatla məşğul olsalar, büdcədən ayrılan vəsaitdən daha çox gəlir əldə edə bilərlər:
"Digər bir halda isə AMEA-nın institut və təşkilatları tədqiqat institutları kimi universitetlərin nəzdinə verilə bilər.
Elmi araşdırmalara ehtiyacımız çoxdur. Dünya təsərrüfatına səmərəli inteqrasiya oluna bilən və müstəqil dövlətçilik tələblərinə cavab verən iqtisadiyyatın, qlobal və geopolitik müstəvidə baş verən dəyişikliklərə uyğun siyasətin qurulması, milli təhlükəsizlik tələblərinin ödənilməsi, dünya iqtisadiyyatının və biznesin perspektiv inkişaf istiqamətləri, davamlı inkişafın təmin edilməsi, texnoloji geriliyin aradan qaldırılması, insan kapitalının inkişafı və digər bu kimi müasir dövrün mühüm çağırışlarına cavab verə bilən elmin qurulması ölkə elminin qarşısında duran mühüm vəzifələr sırasındadır.
Bizim elmi mərkəzlərimiz onların qarşısına qoyulmuş məqsədləri, dövlətin hədəflərini tam şəkildə yerinə yetirmir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmanda Prezident Administrasiyasına İşçi Qrupun yaradılması və 6 ay müddətində müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.