SON XƏBƏR

AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verir

Yanvar 20
13:32 2022
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov vəzifəsindən istefa vermək niyyətindədir.

K.Şükürov "Report"a açıqlamasında bildirib ki, bu addımı AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri haqqındakı qeyri-adekvat fikirlərinə etiraz olaraq atır:

"Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm".

Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyev ötən gün Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun fəaliyyətini sərt tənqid edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook