SON XƏBƏR

Amerika Neft İnstitutu: Ölkədə xam neft ehtiyatları azalıb

Dekabr 13
15:22 2017
Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları azalıb.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 7,4 milyon barrel azalıb.
 
Bundan başqa, ABŞ-da benzin ehtiyatları ötən həftə 2,3 milyon barrel, dizel ehtiyatları isə 1,5 milyon barrel artıb. Beləliklə də, ABŞ-da benzin ehtiyatları son 5 həftədə ikinci dəfə artım göstərib.
 
Lakin ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.
 
Analitiklər EIA-nın keçən həftə ABŞ-da xam neft ehtiyatlarının 4 milyon barrel azaldığını açıqlayacağı qənaətindədirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook