SON XƏBƏR

Amerikada Nüsrət barədə təhqiqat başladı - ətə əlcəksiz əl vururmuş

Fevral 01
15:49 2018
Dünyaca ünlü türk qəssab, ət və ət məhsulları firmaları olan Nüsrət ABŞ-da problemlə üzləşib.
 
Musavat.com Newsweek xəbər saytına isitnadən xəbər verir ki, ABŞ-ın Nyu-Yorkdakı Nusr-Et restoranı ilə əlaqədar təhqiqata başlayıb. 
 
Xəbər verilir ki, buna səbəb restoran zəncirinin sahibi Nusret Gökçenin yaydığı reklam xarakterli videolarda ətlərə yalın əllə toxunaraq gigiyenik qaydaları pozmasıdır. ABŞ standartlarına görə, kulinarlar əllərində əlcək, başlarında aşpaz papağı olmadan yemək hazırlamamalıdırlar. Yayılan videolarda isə Nüsrətin əti əlləşdirdiyi, hətta duzu xüsusi əda ilə ət məhsullarına səpdiyi görünür.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook