SON XƏBƏR

Amerikalı alimlər yadplanetliləri Kentukkiyə turist səfərinə dəvət etdi

Yanvar 12
00:19 2024
ABŞ-ın Kentukki ştatının Leksinqton şəhərindən olan bir qrup amerikalı alim və dilçi planetimizi, xüsusən də Leksinqtonu turist kimi ziyarət etmək çağırışı ilə başqa dünyaların sakinləri üçün ilk reklamı lentə alaraq kosmosa göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə space.com portalı məlumat yayıb.

Mesajda Kentukki ştatının dağlıq mənzərəsinin kodlaşdırılmış təsviri, insan fiqurları və atlar, həmçinin su, etil spirti və xoşbəxtlik hormonu dopamin molekullarının diaqramları var. Bu son hissə Kentukkinin burbon sənayesi ilə məşhur olması ilə əlaqədardır.

Siqnal Yerdən 40 işıq ili və ya 378 trilyon kilometr məsafədə yerləşən TRAPPIST-1 ulduz sisteminə infraqırmızı lazer vasitəsilə göndərilib.

Mütəxəssislər TRAPPIST-1-i seçiblər, çünki onun tərkibində çoxlu sayda potensial yaşayış olan planet var. Reklam 2063-cü ilə qədər təyinat yerinə çatacaq.

"Biz TRAPPIST-1 sistemini hədəfləyirik, çünki bir insanın həyatı boyu oradan cavab ala bilərik. Bir şərtlə ki, mesajımız həqiqətən kimsə tərəfindən qəbul edilsin və açılsın", deyə astrobioloq və yerdənkənar kəşfiyyat SETI axtarış təşkilatının mütəxəssisi Robert Lodder qeyd edib.

Yer kürəsini yadplanetlilərə tanıtmaq layihəsi Leksinqtonun VisitLEX turizm komandası və "Cornett" reklam agentliyi tərəfindən hazırlanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook