Amerikalı ermənipərəst senator Bob Menendez istefa verəcək
İyul 24
07:18
2024
Amerikalı ermənipərəst senator Bob Menendez istefa verəcək.
AZƏRTAC-ın "Associated Press”ə istinadən verdiyi məlumata görə, onun avqustun 20-si istefa ərizəsi yazacağı gözlənilir. İstefadan sonra Nyu-Cerci qubernatoru Menendezin yerinə geridə qalan müddətdə əvəzləyici təyin etməlidir. Onun vəzifə müddəti isə yanvarın 3-ü bitir.
ABŞ Senatının İntizam Komitəsi də Menendezin Senatdan uzaqlaşdırılması ilə bağlı proses başladıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Bob Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Bu işdə senatorun həyat yoldaşı, erməni əsilli Nadine Menendez də ittiham olunub. Lakin onun məhkəməsi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.