SON XƏBƏR

Amerikalı tələbələr türk dilini öyrənəcəklər

İyun 20
23:16 2016
Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə türk dilini öyrənmək məqsədilə ölkəmizə gəlmiş amerikalı tələbələr üçün yay məktəbi fəaliyyət göstərir.
 
ADU-dan AZƏRTAC-a bildiriblər ki, bu təhsil müəssisəsinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova yay məktəbinin tələbələri ilə görüşüb. Prorektor Azərbaycan və Türkiyə haqqında məlumatları əks etdirən təqdimatla çıxış edib. O, Türkiyə və Azərbaycanın tarixi, həmçinin etnogenetik elementlərin dinamikasından, iki ölkə arasındakı siyasi, mədəni, iqtisadi əlaqələrdən danışıb, eyni zamanda, Azərbaycan və türk dillərində əlifba fərqləri, qardaş ölkələrin musiqisinin, mətbəxinin oxşar və fərqli cəhətləri, dini bayramları barədə ətraflı məlumat verib.
 
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç amerikalı tələbələrin Azərbaycanı sevəcəklərinə və ölkəmiz haqqında müəyyən məlumatlar əldə edəcəklərinə əminliyini bildirib. Ümummilli lider Heydər Əliyevin "Bir millət-iki dövlət” konsepsiyasını xatırladan rektor Türkiyənin və Azərbaycanın mədəniyyətlərinin bir-birinə yaxın olduğunu söyləyib.
 
Digər çıxış edənlər Önəmli Dil Təqaüdü (ÖDT) Proqramının 2009-cu ildən fəaliyyət göstərdiyini, amerikalı tələbələrin türk dilini öyrənməklə yanaşı, Azərbaycan haqqında müəyyən bilgilərə sahib olacaqlarını, hər hansı çətinlik yarandıqda onlara kömək göstəriləcəyini bildiriblər.
 
Qeyd edək ki, 32 nəfər amerikalı tələbə türk dilini beş qrupda dörd səviyyə üzrə öyrənəcək.
 
Dərslər avqustun 15-dək davam edəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook