Amerikanın F-35 qırıcıları “vəhşi rejimi”ində İran sərhədlərində göründü
May 27
10:33
2019
Amerikanın beşinci nəsil F-35A Lightning II qırıcıları Birləşmiş Ərəb Əmirliklərinin İranla sərhəd Əl-Dafra aviabazasından tam döyüş təchizatı ilə havaya qalxıb.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, qırıcılar "vəhşi rejimi”ində uçublar. Bu isə o deməkdir ki, silahlar təyyarənin çöl tərəfində yerləşdirilir, nəticədə qırıcıların döyüş imkanları artır, amma radarlara daha tez yaxalanır.
Sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən Əl-Dafra aviabazasından havaya qalxan F-35A qırıcılarında lazerlə hədəfə yönəldilən iki GBU-12 aviasiya bombası, habelə iki AIM-9 Sidewinder "hava-hava” raketi görünüb.
Xatırladaq ki, ABŞ İrana görə Fars körfəzi regionuna təyyarədaşıyan, desant gəmiləri və esminetslər, strateji bombardmançılar və minlərlə əsgər göndərib.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, qırıcılar "vəhşi rejimi”ində uçublar. Bu isə o deməkdir ki, silahlar təyyarənin çöl tərəfində yerləşdirilir, nəticədə qırıcıların döyüş imkanları artır, amma radarlara daha tez yaxalanır.
Ekspertlərin fikrincə belə rejim hərbi münaqişələrin müəyyən inkişaf mərhələsində tətbiq olunur. Hansı ki, bu mərhələdə gizlilik artıq mühüm əhəmiyyət daşımır.
Əl-Dafra aviabazası Fars körfəzinin sahillərində yerləşir və ABŞ Hərbi Hava Qüvvələrinin 380-ci ekspedisiya eskadrilyası tərəfindən istifadə olunur. Bazanın vəzifələrinə döyüş əməliyyatlarının və kəşfiyyatın aparılmasını təmin etməkdir.
Xatırladaq ki, ABŞ İrana görə Fars körfəzi regionuna təyyarədaşıyan, desant gəmiləri və esminetslər, strateji bombardmançılar və minlərlə əsgər göndərib.