SON XƏBƏR

“Amrah Bank” müştərilərini bu yolla aldadır - FOTOFAKT

Avqust 17
11:23 2018
"Amrah Bank” hazırda mövcud olmayan kampaniya ilə müştərilərinə güzəştli nağd kredit verməyə söz verir.

Qlobal.az kommersant.az-a istinadla xəbər verir ki, adı çəkilən bank müştərilərinə nağd krediti illik faiz dərəcəsini 20%-lə, kredit müddətini 26 ayadək, üstəlik ödəniş üçün 3 aylıq güzəşt müddəti verdiyini bildirir. 

Banka yaxınlaşan müştəri isə kampaniya müddətinin bitdiyini və yeni şərtlərlə yəni, illik faiz dərəcəsinin 20% deyil, 27%-dən başladığını, kredit müddətinin 26 ay deyil, 24 ay olduğunu, 3 aylıq güzəşt olmadığını və bununla yanaşı 2% komissiya haqqının olduğunu öyrənir. Bu bank ötən aylarda başlatdığı kampaniyadan müddəti bitməsinə baxmayaraq müştəri cəlb etməyə çalışır və vəd etdiyi faiz və güzəşt əvəzinə yüksək rəqəmlərlə müştərilərinə kredit verməyə çalışır. Bank, bitmiş olan kampaniyanı rəsmi saytından silməyərək diqqət cəlb etməyə davam edir.
 
***
 
Yuxarıda yazılan xəbərə "Amrah Bank” münasibət bildirib. Biznesin İnkişafı və Marketinq Departamentindən Qlobal.az-ın elektron poçtuna göndərilən məktubda deyilir: 
 
"Bildiririk ki, Kommersant.az saytında Amrahbank haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.

Amrahbank olaraq, bu məlumatı təkzib edirik. Hal-hazırda bankda "Nağd pul” kredit kampaniyası davam edir və güzəştli nağd kreditlər təklif olunur. Müştərilər banka yaxınlaşaraq bu kampaniyadan yararlana bilərlər". 
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook