SON XƏBƏR

“Anadolu” agentliyi Naxçıvanın tarixi abidələrindən reportaj hazırlayıb

Oktyabr 10
09:00 2023
Qardaş Türkiyənin Anadolu Agentliyi "Naxçıvanda duz dağındakı xəstəxana şəfa gözləyənlərə ümid olur” və "Naxçıvandakı türbələr əsrlərdir ki, bütün əzəməti ilə ayaqda dayanır” sərlövhəli reportajlar yayıb.

"Report”un yerli bürosunun xəbərinə görə, Mehmet Yusuf Melikoğlunun müəllifi olduğu reportajlarda vurğulanır ki, Duzdağ Fizioterapiya Mərkəzində dünyanın müxtəlif yerlərindən gələn tənəffüs problemi olan xəstələrə sağlamlıq xidməti göstərilir.

Qeyd olunub ki, dağın 350 metr içində qurulan, tunellərdən keçilə bilən mərkəzdə yataqxanalarda qalan xəstələr 10-15 günlük müalicə müddətindən sonra sağlamlıqlarına qovuşurlar. Mərkəzə əsasən Türkiyə, Kanada, ABŞ, Rusiya, Yaponiya, Almaniya, Qazaxıstan və Fransa başda olmaqla bir çox ölkələrdən xəstələr müraciət edir.

Reportajda mərkəzdə kişi, qadın və uşaqlar üçün ayrı-ayrı müalicə sahələrinin olduğu vurğulanır. Eyni zamanda mərkəzin faydasını görənlərin yaxınlarını da buraya gətirmək istədikləri qeyd olunur.

Həmçinin Qarabağlar Türbə Kompleksi və Möminə Xatun türbəsi ilə bağlı hazırlanan reportajda vurğulanır ki, adıçəkilən abidələr Naxçıvana gələn turistlərin diqqət mərkəzindədir. Şərqlə qərb, şimalla cənub arasında körpü rolunu oynayan Naxçıvanda XII əsrə aid memarlıq xüsusiyyətləri ilə seçilən, şəhər mərkəzinin şimal-qərbində yerləşən Qarabağlar Türbə Kompleksi şərq memarlığının "incilərindən” sayılır.

Reportajda, eyni zamanda Möminə Xatun türbəsi ilə bağlı daha geniş məlumat yer alıb.

Qeyd edək ki, həmin reportajlar Türkiyənin dünyaca məşhur "trthaber”, "trtavaz”, "ntv.az”, "diyanethaber” və digər saytlarda yayımlanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook