Anar Ələkbərov Perinatal Mərkəzdəki güclü yanğından danışdı
Yanvar 09
16:36
2024
"Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”.
Bunu açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib.
O qeyd edib ki, Respublika Perinatal Mərkəzindəki yanğın hadisəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Yanğın yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.
Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.(Qafqazinfo”)