SON XƏBƏR

Anastasiya Petrova türk şəhərinin meri ola bilər

Yanvar 10
09:27 2019
31 martda yerli hakimiyyət orqanlarına keçiriləcək seçkilərdə Anastasiya Petrova-Çetinkaya adında Türkiyənin etnik rus vətəndaşı ölkə tarixində ilk dəfə namizəd kimi iştirak edəcək.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu haqda onun ictimaiyyətiylə əlaqələr üzrə məsləhətçisi Fikri Berker Pakna məlumat verib.

Məsləhətçi bildirib ki, 35 yaşlı Anastasiya Petrova-Çetinkaya Antalya vilayəti, Alani şəhərinin tarixində mer postuna namizədliyi irəli sürülmüş ilk əcnəbidir. O, seçkilərdə müstəqil namizəd kimi ştirak üçün ərizə verib.

Agentliyin həmsöhbəti deyib ki, onun şirkətinin sloqanı "səndə dəyişikliklərdir".  

Xatırladaq ki, mart seçkilərinin gedişatında türklər merləri, regional parlamentlərin üzvlərini, şuraların, bələdiyyələrin, kəndlərin rəhbərlərini və kənd şuralarının üzvlərini seçəcəklər. Belədə partiyalar üçün yalnız yerli hakimiyyət orqanlarında və şuralarda yer əldə etmək yox, həm də mer postu uğrunda yarışda qalib gəlmək fövqəladə dərəcədə əhəmiyyətlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook