SON XƏBƏR

“Ancaq can sağlığı arzu edə bilərəm” - Erməni nazir müavini Kremli ələ saldı

Aprel 04
15:30 2024
Son günlər Rusiya Xarici İşlər Nazirliyi və Kreml rəsmiləri tərəfindən Ermənistan hökumətinin ünvanına çoxsaylı tənqid, təhdid və hətta təhqirlər səsləndirilir. Buna baxmayaraq, Paşinyan hakimiyyəti öz xarici siyasətini indiki qaydada davam etdirmək fikrində olduğunu nümayiş etdirməyə çalışır.

"AzPolitika” xəbər verir ki, bu mövzuda erməni mətbuatına açıqlama verən Ermənistan Xarici İşlər nazirinin müavini Vahan Kostanyan dolayısı ilə Kremli ələ salıb: "Ola bilsin ki, bizim xarici siyasətimiz bəzi paytaxtlarda əsəbilik yaradır. Mən buna heç bir şəkildə reaksiya verə bilmərəm. Ancaq cansağlığı arzu edə bilərəm...”.

Hökumət rəsmisi iddia edib ki, Ermənistan heç kimin alətinə çevrilmək fikrində deyil: "Biz dövlət maraqlarımızın üst-üstə düşdüyü bütün tərəfdaşlarla əməkdaşlığı inkişaf etdiririk”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook