Ancelina Coli Mariya Kallası canlandıracaq - Haluk Bilginerlə eyni filmdə...
Oktyabr 11
11:21
2023
Uzun müddətdir heç bir filmdə rol almayan Hollivud aktrisası və rejissoru Ancelina Coli yaradıcılıq sükutunu pozub.
Qaynarinfo "Deadline"yə istinadən xəbər verir ki, aktrisa Pablo Larrainin məşhur yunan opera müğənnisi Mariya Kallas haqqında bioqrafik filmində rol alacaq.
Layihə "Mariya” adlanır və hazırda çəkilişlərə hazırlıq gedir. Senarisi Stiven Kniq tərəfindən yazılıb. Filmdə həmçinin Valeria Qolino ("Frida”), Kodi Smit-Makpi ("Elvis”), Alba Rohrvaçer ("Ac ürəklər”), Haluk Bilginer ("Qış Qış yuxusu”) və Pierfrançesko Favino ("Ən yaxşılar”) rol alacaq.
Pablo Larraín diva adlandırılan əfsanəvi müğənninin həyatından bəhs edən yeni filmində Ancelina Colinin Mariya Kallas rolunda çəkilmiş ilk iki fotosunu artıq yayımlayıb.
Real hadisələrə əsaslanan film dünyanın ən böyük opera müğənnisinin 1970-ci illərdə Parisdəki son günlərində yenidən canlandırılan və yenidən təsəvvür edilən təlatümlü, gözəl və faciəli həyat hekayəsindən bəhs edəcək. Çəkilişlərin Paris, Yunanıstan, Budapeşt və Milanda səkkiz həftə ərzində aparılması planlaşdırılır.
Ancelina Colinin film üçün geyimləri Kallasın orijinal geyimi əsasında hazırlanıb.