Ankara Türkiyənin İsveçin NATO-ya qoşulması ilə bağlı mövqeyinə aydınlıq gətirib: “Hə” deməmişik”
İyul 14
05:19
2023
"Türkiyə İsveçin NATO üzvlüyünə "hə” deməyib, NATO üzvlüyünün önünü açmağa "hə” deyib”.
"Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik "Habertürk"də aparıcı Mehmet Akif Ersoyun suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisi İsveçin Türkiyənin Avropa İttifaqına qoşulması prosesi, həmçinin terrorla mübarizədə öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyini qiymətləndirəcək.
"Türkiyə İsveçin NATO üzvlüyünə "hə” deməyib, NATO üzvlüyünə yol açmaq üçün "hə” deyib. Türkiyəyə tətbiq olunan müdafiə sənayesi sanksiyaları tamamilə ləğv ediləcək”, - o vurğulayıb.