Ankarada Novruz mərasimi təşkil olunub
Mart 22
09:21
2016
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ankara valiliyi ilə böyükşəhər bələdiyyəsi, TÜRKSOY və digər qurumların birgə təşkilatçılığı ilə Ankarada Novruz mərasimi təşkil olunub.
Qlobal.az Azərtac-a istinadən xəbər verir ki, Gənclik Park Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Türkiyənin dövlət və hökumət nümayəndələri, paytaxt ictimaiyyətinin görkəmli simaları, diplomatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Rəsmi hissədən sonra iştirakçılar tonqal üstündən tullanıblar.
Sonra tədbir TÜRKSOY-un dəvəti ilə türkdilli ölkələrdən gələn musiqi qruplarının ifalarında geniş konsert proqramı ilə davam etdirilib.