Ankarada Rəsulzadə adına liseyin binası söküldü
Oktyabr 18
16:39
2022
Ankarada Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan liseyin binası sökülüb.
Qlobal.az Teleqraf.com-a istinadən məlumat verir ki, liseyin şagirdləri hazırda müvəqqəti olaraq başqa binada oxuyurlar. Məktəbdən verilən məlumata görə, söküntüyə səbəb zəlzələyə davamlı olmayan binanın uçmaq təhlükəsi ilə üzləşməsidir.
Yeni binanın inşası 2023-cü ilin büdcəsində nəzərdə tutulub. Bina tikiləndən sonra liseyin yenə də Rəsulzadənin adını daşıyacağı güman edilir.
Qeyd edək ki, Ankarada yerləşən Məhəmməd Əmin Rəsulzadə liseyi 1993-1994-cü təhsil ilindən etibarən fəaliyyət göstərib.Məktəb Ankaranın Keçiören rayonunun Fethiye Kemal Mumcu Anadolu liseyindən və digər bölgələrdən gələn 483 şagird, iki idarəçi və 4 müəllimlə birlikdə fəaliyyətə başlayıb, hazırda Türkiyənin paytaxtında təhsilinin keyfiyyətinə görə ikinci yerdədir. Hazırda liseydə 605 şagird, üç idarəçi və 5 müəllim çalışır.