Çantadakı 30 milyon kimin idi... - Azərbaycandan çıxarmaq istəyirdi, alınmadı (FOTO)
Yanvar 29
15:40
2019
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda ittiham olunan Rusiya vətəndaşı, Dağıstan sakini, 36 yaşlı Nurmaqomed Karanaevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, ötən il yanvarın 19-da İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına gül kələmi aparan Nurmaqomed Karanaevin idarə etdiyi "Volvo FN 12” markalı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin içərisindəki çantadan gömrük nəzarətinə bəyan edilməyən 29 milyon 980 min rubl aşkar edilib.
Təqsirləndirilən Nurmaqomed Karanaev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində ailəsi ilə birgə Dağıstan Respublikasının Qarabudaqkənd rayonunda yaşadığını deyib. Bildirib ki, "Best Mejdunarodnıe perevozki” yük daşıma şirkətində sürücü işləyib, dəfələrlə Azərbaycan ərazisindən keçməklə İrana yük daşıyıb. Və İrandan maşına yük vurub Rusiyaya apardığını deyib.
"Yükü Moskva şəhərinə çatrırmalıydım. Yanvarın 17-də Astara Gömrük keçidindən keçib Azərbaycana daxil oldum. Avtomobili birbaş "Samur” gömrük postuna sürdüm. Postun ərazisinə çatmamış əmim Umar Rusiyadan zəng vurub dedi ki, gömrükdə bir nəfər sənə yaxınlaşacaq, bir neçə çanta, əşya və bir az da pul verəcək. Həmin əşyalar Rusiyada sahibinə çatmalıdır”-dağıstanlı TIR sürücüsü deyir.
N.Karanaevin ifadəsinə görə, gömrükdə avtomobili rentgen aparatından keçirdikdən sonra bir nəfər ona yaxınlaşaraq əmisinin dediyi adam olduğunu bildirib. Ona dörd ədəd çanta verib, içərisində pal-paltar, bir az da pul olduğunu deyib.
Nurmaqomed savadsız olduğunu, ancaq 10 min dollara qədər məbləğin bəyan olunmasına ehtiyacın olmadığını, bundan artığının isə gömrükdə bəyan edilməli oduğunubilmədiyini deyən N.Karanaev deyib ki, əslində onun heç vaxt 30 milyon rubl pulu olmamışdı. Ona görə də çantadakı pulun məbləği barədə düşünmək heç ağlına da gəlməyib.
Gömrük əməkdaşları avtomobilin salonundakı çantalara N.Karanaevin və hal şahidlərinin iştirakı ilə baxış keçiriblər. Çantalardan birinin - nisbətən daha ağır olanın içərisindəki geyim əşyalarının altından böyük məbləğdə rus pulları aşkarlanıb. Külli miqdarda pulları görən N.Karanaev həyacanlanıb, gömrükçülərə çantada bu qədər pulun olduğunu bilmədiyimi deyib. Lakin ona "artıq gecdir” deyiblər və pulun aşkar olunmasına dair protokol tərtib ediblər.
Məhkəmə prosesi davam edir.
(Virtualaz.org. org)
Qlobal.az