Antalyada bütün kənd yandı, bircə o evdən başqa...-FOTO
Avqust 09
13:57
2021
Türkiyənin Antalya vilayətində Manavqat qəsəbəsinin Kalemler məhəlləsində güclü yanğın olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, nəticədə məhəllədəki evlərin əksəriyyəti və çöllük ərazi tamamilə yanıb külə dönüb. Ancaq yerli sakinlərin etirazı səbəb olan məqam budur ki, yanğın zamanı bələdiyyə sədri Şükrü Sözenin ərazidəki villasına cüzi də olsun zərər dəyməyib. Etirazçılar bələdiyyə sədrinin villanı dövlətə məxsus buldozerlərlə qoruduğunu iddia edir.
Qlobal.az