SON XƏBƏR

Antarktidanın peyk görüntülərində tapılan sirli "qapı" nədir?

Oktyabr 16
06:57 2024
"Google Maps"də sosial şəbəkələri təəccübləndirən Antarktidada sirli "qapı" aşkar edilib.

Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Sosial media istifadəçiləri Antarktidanın peyk görüntülərində insanlara "qapı yeri"ni xatırladan obyekt aşkar ediblər. Bu, Yaponiyanın Showa Stansiyasının cənub-şərqində yerləşir və internetdə çoxlu müzakirələrə səbəb olub. Şərhçilər bunun Bigfootun evi və ya Star Trek-dən bir servis ola biləcəyinə dair nəzəriyyələr irəli sürməyə başlayıblar.

Lakin alimlərin müəyyən edib ki, bu kəşfdə heç bir mistisizm yoxdur. Nyukasl Universitetinin qlasiologiya professoru Betan Davis görüntüdən əldə edilən məlumatları təhlil etdikdən sonra bildirib ki, bu, dayaz suda ilişib qalmış və hazırda əriməkdə olan aysberqdir.

"Bu, Şərqi Antarktidadakı stasionar dəniz buzu sahəsinin xüsusiyyətidir", deyə alim bildirib.

Vulkanoloq professor Con Smelli deyib ki, "qapı" buzların əriməsi nəticəsində əmələ gəlmiş ola bilər: "Mən əminəm ki, bu, sadəcə təbii bir hadisədir və narahat olmaq üçün heç bir əsas yoxdur".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook