Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib
Aprel 15
14:19
2024
Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib.
"Report” xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında onun barəsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb.
Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.
Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.