SON XƏBƏR

Aqil Acalov: "Son nəfəsinədək döyüşənlərdən biri də Riyad Əhmədov idi"

Yanvar 26
15:38 2018
"Daşaltı əməliyatının qəhramanlarını bu gün də unutmuruq. Həmin gün orada erməniylə üz-üzə gəlib son nəfəsinədək döyüşənlərdən biri də Riyad Əhmədov idi. Minlərlə şəhidimiz kimi Riyad da yetişməkdə olan gənc nəslimizə örnəkdir"
 
Azərbaycan Alpaqut Federasiyasının prezidenti, tanınmış ictimai xadim Aqil Acalov bu sözləri Qaynarinfo-ya açıqlamasında bildirib:

"1992-ci il 25 yanvarda  axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatan Daşaltı əməliyatının qəhrəmanlarını bu gün də unutmuruq.  Daşaltı ermənilər üçün Qarabağı əldə edəcək ən böyük rol idi kənd özü Şuşadan 3-4 kilometr məsafədə, Şuşa–Laçın magistral yolu boyunca yerləşir. Bu kənddəki atəş mövqelərindən erməni qoşunları Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyata daim atəş açırdı, bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. Həmin gün orada erməniylə üz-üzə gəlib son nəfəsinədək döyüşənlərdən biri də Riyad Əhmədov idi. 
 
1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmiş Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. Lakin R.Əhmədov 1992-ci il yanvar ayının 25-də "Daşaltı əməliyyatı"nın gedişində yaranan gərgin vəziyyət nəticəsində erməniyə əsir düşür və taleyindən bir daha məlumat alınmır. Riad Əhmədov ulu öndər Heydər Əliyev tərəfindən 7 iyun 1992-ci il tarixli 833 saylı fərman ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür. Minlərlə şəhidimiz kimi Riyad da yetişməkdə olan gənc nəslimizə örnəkdir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook