Aqrar Kredit və İnkişaf Agentliyinin hüquq və öhdəlikləri artırılıb
Avqust 17
15:30
2020
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) hüquq və öhdəlikləri artırılıb.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanında öz əksini tapıb.
Sənədə əsasən, adı "Aqroservis”ə dəyişdirilmiş səhmdar cəmiyyətrinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri AKİA-ya ötürülüb.