Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib
Aprel 15
17:33
2024
Azərbaycanda hüquqi əsaslar olmadığı halda Aqrar Sığorta Fondu dövlət orqanı olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyini aqrar sığorta hadisələri çərçivəsində "faydalanan şəxs” qismində tanımaqla "sığorta ödənişi” adı altında büdcə səviyyəsinin kodu 7 olan müvafiq xəzinə hesabına 676,7 min manat vəsaitin köçürülməsinə yol verib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi” rüblük məlumat bülletenində bildirilir.
Sənədə əsasən, bu da 50 %-i dövlət büdcəsindən maliyyələşdirilən sığorta haqlarından əldə olunan maliyyə resurslarının istifadə təyinatının pozulması deməkdir.
Qlobal.az