"Aqrarkredit"in baş tutmayan sövdələşməsi
Sentyabr 26
00:14
2017
Problemli aktivlər üzrə yığım əməliyyatlarının optimallaşdırılmasından ötrü proqram təminatının satınalınmasına dair müqavilə ləğv olunub. Bunu bu gün, sentyabrın 23-də Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi elan edib.
Skrin: «Xalq Qəzeti», 23 sentyabr 2017-ci il
Beynəlxalq Bankın xaricdə nəyi var?
Avqustun 26-da «Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi» MMC proqram təminatının satın alınması məqsədilə müsabiqə https://goo.gl/8ZcQBB elan etdi. Vəzifələrindən biri «Azərbaycan Beynəlxalq Bank» ASC-nin (ABB) ölkə hüdudlarından kənarda yerləşən problemli aktivlərini geri qaytarmaq olan bu quruma «БИТ Управление Задолжностью» proqram təminatı tələb olunurdu.
AzadlıqRadiosu «Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi» MMC-nin direktoru Süleyman Bəkirova informasiya sorğusu ilə müraciət edərək, ABB-nin hansı məbləğdə problemli aktivinin geri qaytarılmasının tələb olunduğunu, həmin kreditlərin ölkələr üzrə strukturunu öyrənməyə çalışmışdı. Verilən suallar arasında Beynəlxalq Bankın problemli aktivlərinin «Aqrarkredit» QSC-yə ötürüldüyü iki il ərzində xaricdən hansı məbləğdə vəsaitinin geri qaytarılması məsələsi də vardı. Lakin qurumun rəhbəri suallara cavab vermədi. Sonradan həmin suallar Aqrarkredit» QSC-nin rəhbərliyinə də verildi, amma müraciət cavabsız qaldı.
Həm «Aqrarkredit» QSC-də, həm də «İnfosystems» MMC-də işləyirmiş
Bir müddət sonra bəlli oldu ki, «Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi» MMC proqram təminatının hazırlanmasını «İnfosystems» MMC-yə tapşırıb.
Mənbə: tender.gov.az
Qalib şirkətin direktoru Natiq Cabbarovdur. AzadlıqRadiosu üzə çıxarıb ki, bu şəxs https://goo.gl/73ZiYw eyni zamanda «Aqrarkredit» QSC-nin informasiya texnologiyaları üzrə baş mütəxəssisidir. O həm də Azərbaycan Banklar Assosiasiyasında İT və İT təhlükəsizlik üzrə ekspert qrupunda bu bank olmayan kredit təşkilatının təmsilçisidir. «İnfosystems» MMC isə 2016-cı ilin dekabr ayında yaradılıb.
Göründüyü kimi, dövlət satınalmasında maraqlar toqquşması ortada idi. «Dövlət satınalmaları haqqında» qanunun 13.1-ci maddəsində deyilir: Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Tenderi keçirən şəxsləri inzibati cəza gözləyirdi
Bu səbəbdən AzadlıqRadiosu sentyabrın 13-dəİqtisadiyyat Nazirliyinə, «Aqrarkredit» Bank olmayan Kredit Təşkilatına, «Bank Aktivlərinin İdarə edilməsi Agentliyi» MMC-yə və Natiq Nizami oğlu Cabbarovun özünə müraciət edərək, sözügedən müqavilənin maraqlar toqquşması baxımından qiymətləndirilməsini xahiş edib. Di gəl ki, onların heç biri sorğuya cavab verməyib.
Sentyabrın 23-də isə «Bank Aktivlərinin İdarə edilməsi Agentliyi» MMC 25 min 600 manat dəyərində proqram təminatı, onun quraşdırılması və təlimin keçirilməsi ilə əlaqədar kotirovka sorğusunun nəticələrini heç bir səbəb göstərmədən ləğv edib.
«Aqrarkredit» Bank olmayan Kredit Təşkilatı QSC-nin törəmə şirkəti olan bu qurum bu qəfil qərarın verilmə səbəbini açıqlamır. AzadlıqRadiosu isə araşdıraraq müəyyən edib ki, həmin müqavilə üzrə işləri bir başqası deyil, «Aqrarkredit» QSC-nin öz işçisinin direktor olduğu özəl şirkət icra edəcəkmiş.
Skrin: «Xalq Qəzeti», 23 sentyabr 2017-ci il
Beynəlxalq Bankın xaricdə nəyi var?
Avqustun 26-da «Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi» MMC proqram təminatının satın alınması məqsədilə müsabiqə https://goo.gl/8ZcQBB elan etdi. Vəzifələrindən biri «Azərbaycan Beynəlxalq Bank» ASC-nin (ABB) ölkə hüdudlarından kənarda yerləşən problemli aktivlərini geri qaytarmaq olan bu quruma «БИТ Управление Задолжностью» proqram təminatı tələb olunurdu.
AzadlıqRadiosu «Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi» MMC-nin direktoru Süleyman Bəkirova informasiya sorğusu ilə müraciət edərək, ABB-nin hansı məbləğdə problemli aktivinin geri qaytarılmasının tələb olunduğunu, həmin kreditlərin ölkələr üzrə strukturunu öyrənməyə çalışmışdı. Verilən suallar arasında Beynəlxalq Bankın problemli aktivlərinin «Aqrarkredit» QSC-yə ötürüldüyü iki il ərzində xaricdən hansı məbləğdə vəsaitinin geri qaytarılması məsələsi də vardı. Lakin qurumun rəhbəri suallara cavab vermədi. Sonradan həmin suallar Aqrarkredit» QSC-nin rəhbərliyinə də verildi, amma müraciət cavabsız qaldı.
Həm «Aqrarkredit» QSC-də, həm də «İnfosystems» MMC-də işləyirmiş
Bir müddət sonra bəlli oldu ki, «Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi» MMC proqram təminatının hazırlanmasını «İnfosystems» MMC-yə tapşırıb.
Qalib şirkətin direktoru Natiq Cabbarovdur. AzadlıqRadiosu üzə çıxarıb ki, bu şəxs https://goo.gl/73ZiYw eyni zamanda «Aqrarkredit» QSC-nin informasiya texnologiyaları üzrə baş mütəxəssisidir. O həm də Azərbaycan Banklar Assosiasiyasında İT və İT təhlükəsizlik üzrə ekspert qrupunda bu bank olmayan kredit təşkilatının təmsilçisidir. «İnfosystems» MMC isə 2016-cı ilin dekabr ayında yaradılıb.
Mənbə: aba.az
Göründüyü kimi, dövlət satınalmasında maraqlar toqquşması ortada idi. «Dövlət satınalmaları haqqında» qanunun 13.1-ci maddəsində deyilir: Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Tenderi keçirən şəxsləri inzibati cəza gözləyirdi
Bu səbəbdən AzadlıqRadiosu sentyabrın 13-dəİqtisadiyyat Nazirliyinə, «Aqrarkredit» Bank olmayan Kredit Təşkilatına, «Bank Aktivlərinin İdarə edilməsi Agentliyi» MMC-yə və Natiq Nizami oğlu Cabbarovun özünə müraciət edərək, sözügedən müqavilənin maraqlar toqquşması baxımından qiymətləndirilməsini xahiş edib. Di gəl ki, onların heç biri sorğuya cavab verməyib.
Sentyabrın 23-də isə «Bank Aktivlərinin İdarə edilməsi Agentliyi» MMC 25 min 600 manat dəyərində proqram təminatı, onun quraşdırılması və təlimin keçirilməsi ilə əlaqədar kotirovka sorğusunun nəticələrini heç bir səbəb göstərmədən ləğv edib.
İnzibati Xətalar Məcəlləsinə əsasən, satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı barədə «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə vəzifəli şəxslər 3 min manatdan 6 min manatadək məbləğdə cərimə edilir.
Qlobal.az