“Aqrolizinq”in zərəri 2 dəfə artıb
May 01
09:54
2018
Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 932,346 mln. manat təşkil edib.
"Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 23,9% çoxdur.
2017-ci ildə "Aqrolizinq”in uzunmüddətli aktivləri 37,7% artaraq 556,895 mln. manata, qısamüddətli aktivləri isə 7,9% artaraq 375,452 mln. manatas çatıb.
İl ərzində səhmdar cəmiyyətin cəmi öhdəlikləri 0,4% artaraq 394,89 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 3,7% azalaraq 352,571 mln. manat, qısamüddətli öhdəlikləri isə 55,25% artaraq 42,319 mln. manat, cəmi kapitalı isə 49,6% artaraq 537,456 mln. manat, o cümlədən nizamnamə kapitalı 55,3% artaraq 561,628 mln. manat olub.
Ötən il "Aqrolizinq”in əsas əməliyyat gəliri 180,772 mln. manat (əvvəlki ilə nisbətən 41,6% çox), satışının may dəyəri 167,441 mln. manat (38,4% çox), sair gəlirləri 411 min manat (97,5% az), vergidən azad gəlirlər üzrə zərəri 8,51 mln. manat (əvvəlki il olmayıb), inzibati xərcləri 4,163 mln. manat (58,8% az), köhnəlmə və amortizasiya xərcəri 2,512 mln. manat (10,3% az), məzənnə fərqindən zərəri 14,383 mln. manat (əvvəlki il olmayıb), sair xərcləri 5,895 mln. manat təşkil edib.
Son nəticədə qurum 2017-ci ili 21,722 mln. manat zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 96,1% və yaxud təxminən 2 dəfə çoxdur.
Qlobal.Az